525.Az

Arda “Barselona”da qaldı


 

Arda “Barselona”da qaldı<b style="color:red"></b>

"Barselona"nın yeni baş məşqçisi Ersento Valverdenin ABŞ-da keçiriləcək təlim-məşq toplanışına aparacağı heyət müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, klubun saytında açıqlanan heyətdə türk futbolçu Arda Turan da yer alıb.

Qeyd edək ki, bundan əvvəl "Barsa"nın yeni baş məşqçisi Ersento Valverdenin Ardanı komandada görmək istəmədiyi və onun transferə çıxarılacağı iddia edilirdi. Amma türk futbolçu heyətə daxil edilib. Bu isə onun növbəti mövsümdə də komandada qalacağı deməkdir.

Ümumilikdə, “Barselona”nı ABŞ toplanışına aparacağı futbolçular bunlardır:

Pike, Rakitiç, Serxio, Denis Suares, Arda, İnyesta, Luis Suares, Messi, Neymar, Killessen, Maskerano, Paco Alkaser, Xordi Alba, Din, S. Roberto, Aleksis Vidal, Umtiti, Semedo, Marlon, Duqlas, Samper, Vermaelen, Munir, Ortola, Yokin, Ezketa, Alena.

Qeyd edək ki, ABŞ-da Beynəlxalq Çempionlar Kuboku yarışıma qatılacaq “Barselona” “Yuventus” (22 iyul), “Mançester Yunayted” (26 iyul) və “Real Madrid”lə (29 iyul) oyun keçirəcək.

 





18.07.2017    çap et  çap et