525.Az

Dneprdə “Azərbaycan” parkı açıla bilər


 

Dneprdə “Azərbaycan” parkı açıla bilər<b style="color:red"></b>

Ukraynanın böyük şəhərlərindən biri olan Dneprin mərkəzində “Azərbaycan” parkının açılması məsələsi müzakirə edilib.

AzərTAc xəbər verir ki, bu təkliflə Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatov Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevlə görüşündə çıxış edib.

B.Filatov bildirib ki, şəhərin mərkəzindəki gözəl istirahət guşələrindən birinə “Azərbaycan” adının verilməsi və orada Azərbaycanın tanınmış mütəfəkkirlərindən birinin heykəlinin ucaldılmasına hər cür dəstək göstərməyə hazırdır.

Səfir Azər Xudiyev Dnepr şəhər Administrasiyasının rəhbərinin təklifini yüksək qiymətləndirərək, Azərbaycan tərəfinin bu məsələyə baxacağını vurğulayıb.

 





18.07.2017    çap et  çap et