525.Az

DAA Rusiya-Ermənistan hərbi əməkdaşlığına etiraz edir


 

DAA Rusiya-Ermənistan hərbi əməkdaşlığına etiraz edir<b style="color:red"></b>

Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Assambleyası Rusiya Dövlət Dumasının Ermənistanla hərbi birləşmə yaradılması barədə qərarı ratifikasiyası etməsinə etiraz edib.

Bununla bağlı qurum xüsusi bəyanat yayıb.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və duma üzvlərinə ünvanlanan bəyanatda qeyd olunub ki, Dünya Azərbaycanlıları Assambleyası bu qərarı dərin təəssüf hissi ilə qarşılayır:

"Atılan addım iki dost ölkə - Azərbaycanla Rusiyanın tarixi və indiki münasibətlərinin ruhuna ziddir. Ona görə də, bu qərar Azərbaycan cəmiyyətində böyük dost Rusiyaya qarşı heç də xoş olmayacaq münasibət formalaşdıracaq".

Bildirilib ki, Azərbaycanla Rusiya illərdir strateji partnyordur:

"Rusiyanın özünün də rəsmi olaraq qəbul etdiyi kimi, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib, milyonlarla insan öz doğma torpağından didərgün düşüb. Belə olduğu halda Rusiyanın işğalçı ölkəyə hərbi dəstəyini nə ilə əlaqələndirə bilərik? Bununla Rusiya dövləti hansı mesajı vermək istəyir?"

Dünya Azərbaycanlıları Assambleyası hesab edir ki, bu cür qərarlar verilərkən Rusiya yaxın qonşusunun, regiondakı strateji və etibarlı partnyorunun maraqlarını nəzərə almalıdır:
 
"Dünyanın 30-a yaxın ölkəsində azərbaycanlıları təmsil edən beynəlxalq təşkilat olaraq ratifikasiya qərarından dərin təəssüf hissi keçirdiyimizi bir daha bildirir, regiondakı əsas partnyorlarımızdan və dostlarımızdan biri olan Rusiya dövlətini bu cür həssas məsələlərdə ehtiyatlı davranmağa səsləyir, ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə xələl gəlməsinə imkan verilməməsinə çağırırıq".

Ceyhun ABASOV

 





18.07.2017    çap et  çap et