525.Az

Ağsuda ayı sakinlərə hücum etdi


 

Ağsuda ayı sakinlərə hücum etdi<b style="color:red"></b> Ağsu rayonunda ayı kənd sakinlərinə və mal-qaraya hücum edib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Dilman kəndi ərazisindəki taxıl sahəsində baş verib.
 
Kənd sakinləri Məlik Məmmədov və Behbud İsgəndərov özlərinə məxsus 4 baş iribuynuzlu heyvanı gecə saatlarında biçilmiş taxıl sahəsində otararkən qəflətən ayının hücumuna məruz qalıblar.
 
Kənd sakinləri qaça bilsə də, ayı otlaqdakı iki inəyi parçalayıb, ikisini isə ağır yaralayıb.
 
Hazırda yaralı heyvanlar baytar nəzarətindədir.
 
Dağlıq ərazidə yerləşən Dilman kəndin sakinləri mal-qaranın tez-tez ayı, canavar, çaqqalların hücumuna məruz qaldığını bildiriblər.
 





18.07.2017    çap et  çap et