525.Az

FHN ləğv olunacaq? - Rəsmi


 

FHN ləğv olunacaq? - <b style="color:red">Rəsmi</b> "İyulun 18-də bəzi saytlarda Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı və nazirliyin rəhbərliyinin istefası ilə bağlı heç bir əsası olmayan məlumatlar yer alıb".
 
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
 
"Bu məlumatlar həqiqətə uyğun deyil, tamamilə əsassızdır", - deyə mətbuat xidmətindən bildirilib.
 
FHN mətbuat nümayəndələrini diqqətli və məsuliyyətli olmağa, nazirliklə bağlı məlumatları qurumun mətbuat xidməti ilə dəqiqləşdirdikdən sonra yaymağa çağırır.
 





18.07.2017    çap et  çap et