525.Az

Sabah Nəsimi rayonunda suyun verilməsi məhdudlaşdırılacaq


 

Sabah Nəsimi rayonunda suyun verilməsi məhdudlaşdırılacaq<b style="color:red"></b> Sabah Bakının Nəsimi rayonunda içməli suyun verilməsi məhdudlaşdırılacaq.
 
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, magistral su xəttinin yerinin dəyişdirilməsi və birləşmələrin verilməsi ilə əlaqədar iyulun 19-da gün ərzində Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
 





18.07.2017    çap et  çap et