525.Az

"Şərq tərəfdaşlığı" ölkələri XİN rəhbərlərinin sentyabrda görüşü keçiriləcək


 

"Şərq tərəfdaşlığı" ölkələri XİN rəhbərlərinin sentyabrda görüşü keçiriləcək<b style="color:red"></b> Macarıstanın "Vişeqrad dördlüyü"ndə sədrliyi dövründə sentyabrın 11-12-də "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərin görüşü keçiriləcək.
 
APA-nın məlumatına görə, bu barədə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski bildirib.
 
Səfirin sözlərinə görə, Budapeştdə keçiriləcək görüş "Şərq tərəfdaşlığı"nın noyabrda Brüsselədə təşkil olunacaq sammiti öncəsi vacib əhəmiyyətə malikdir.
 
"Vişeqrad dördlüyü"nə Macarıstan, Polşa, Çexiya və Slovakiya daxildir.
 





19.07.2017    çap et  çap et