525.Az

Əsir, girov və itkinlərlə bağlı layihənin icrasına başlanıldı


 

Əsir, girov və itkinlərlə bağlı layihənin icrasına başlanıldı<b style="color:red"></b>

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində mövzusunda beynəlxalq konfransın keçirilməsi” adlı layihənin icrasına start verib.
 
Layihə rəhbəri ictimai birliyin sədri Esmira Orucovanın 525.az-a verdiyi məlumata görə, layihənin məqsədi işğalçı və separatçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində şahid ifadələrinə əsasən hələ də əsir-girovluqda saxladığı şəxslərin qaytarılması, itkin düşmüş hesab olunan soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi və qəbul olunmuş beynəlxalq hüquq normalarına zidd olaraq zorakılığa məruz qaldıqdan sonra azad edilmiş şəxslərin hüquqlarının müdafiəsini təşkil etmək məqsədi ilə beynəlxalq səviyyədə geniş miqyaslı təbliğat işinin aparılmasıdır:
 
“Layihə çərçivəsində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün görüləcək işlərdən biri də məsələnin həllinə dəstək olmaq üçün beynəlxalq təşkilatlara problemi lazımi səviyyədə çatdırmaqdır.

Elə bu məqsədlə də ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin səfirliklərində və beynəlxalq təşkilatların nümayəndəliklərində təbliğat xarakterli görüşlərin keçirilməsi planlaşdırılıb. 3 ay ərzində təbliğat xarakterli görüşlər keçirildikdən sonra beynəlxalq konfransın təşkil edilməsi nəzərdə tutulub”.

 





19.07.2017    çap et  çap et