525.Az

Hollandiyada orta məktəbdə "Azərbaycan dərsi"


 

"DÜNYA AZƏRBAYCANLILARININ PALİTRASI" KİTABI MƏKTƏBLİLƏRƏ TƏQDİM EDİLİB

Hollandiyada orta məktəbdə "Azərbaycan dərsi" <b style="color:red"></b>

"Hollandiya Azərbaycan Evi"nin sədri Elxan Mirhəşimlinin qızı Aidə Mirhəşimli Hollandiyada oxuduğu orta məktəbdə video və foto konfrans şəklində 1 saatlıq "Azərbaycan dərsi" keçib.

Diaspora Jurnalistləri Birliyinin Mətbuat xidmətindən verilən məlumata görə, A.Mirhəşimli Azərbaycanın tarixi, mədəniyyəti, turizm sektoru, eləcə də Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında şagirdlərə və müəllim kollektivinə məlumat verib. O, eyni zamanda "Dünya azərbaycanlılarının paltirası" kitabını orta məktəbdə təqdim edib.

Qeyd edək ki, "Dünya azərbaycanlılarının paltirası" kitabının Hollandiyanın digər məktəb və kitabxanalarında təqdimatının keçirilməsi nəzərdə tutulub.

Ceyhun ABASOV

 





19.07.2017    çap et  çap et