525.Az

Qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı


 

Qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncam qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə imzalanıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

 





19.07.2017    çap et  çap et