525.Az

Bakıda Belçikanın Müstəqillik Günü qeyd olundu


 

Bakıda Belçikanın Müstəqillik Günü qeyd olundu<b style="color:red"></b> Belçikanın Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul keçirilib.
 
APA-nın məlumatına görə, tədbirdə diplomatik korpusun nümayəndələri iştirak edib.
 
Belçikanın Azərbaycandakı səfiri Bert Skufs bu il Azərbaycan və Belçikanın diplomatik münasibətlərin 25 illiyinin qeyd olunduğunu və mövcud siyasi və iqtisadi əməkdaşlığın, iki xalqlar arasında əlaqələrin güclənməsinə kömək etdiyini deyib. O, bu il Belçika kralı ilə İlham Əliyev arasında görüşün baş tutmasını əlamətdar hadisə adlandırıb. Səfir ölkəsinin Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq əlaqələrinin güclənməsinə və ticari təşəbbüslərə önəm verdiyini vurğulayıb.
 
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov Azərbaycan-Aİ əlaqələrinin əhəmiyyətini vurğulayıb. O, 2015-ci ildə Belçika XİN müavinin Azərbaycana səfərini bu il İ.Əliyevin Belçika kralı ilə görüşünün vacib əhəmiyyət daşıdığı söyləyib.
 
Belçikanın dost ölkə olduğunu deyən diplomatın sözlərinə görə, müxtəlif millətlərin bu torpaqda sülh şəklində yaşaması təqdirəlayiqdir.
 





21.07.2017    çap et  çap et