525.Az

Fərid “Eurovision” finalında 20-ci sırada çıxış edəcək


 

Fərid “Eurovision” finalında 20-ci sırada çıxış edəcək<b style="color:red"></b>

 İsveçin Malmö şəhərində keçirilən “Eurovision-2013” mahnı müsabiqəsinin böyük finalında ölkələrin hansı ardıcıllıqla çıxış edəcəkləri müəyyən olunub.

APA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 16-da keçirilən ikinci yarımfinaldan sonra təşkilatçılar püşkatma mərasimi keçiriblər.
 
Püşkatmanın nəticələrinə əsasən 26 ölkə təmsilçilərinin qatılacağı finalda Azərbaycan təmsilçisi Fərid Məmmədov səhnəyə 20-ci sırada çıxacaq. Qeyd edək ki, F. Məmmədov yarımfinalda “Hold Me” adlı mahnını uğurla ifa edərək finala vəsiqə qazanmağa bacarıb.
 
Böyük finalda iştirak edəcək ölkələrin ardıcıllığı belədir:
 
1.Fransa
2.Litva
3.Moldova
4.Finlandiya
5.İspaniya
6.Belçika
7.Estoniya
8.Belarus
9.Malta
10.Rusiya
11.Almaniya
12.Ermənistan
13.Hollandiya
14.Rumıniya
15.Böyük Britaniya
16.İsveç
17.Macarıstan
18.Danimarka
19.İslandiya
20.Azərbaycan
21.Yunanıstan
22.Ukrayna
23.İtaliya
24.Norveç
25.Gürcüstan
26.İrlandiya

 





17.05.2013    çap et  çap et