"Azad Gənclik" Təşkilatının üzvü İlkin Rüstəmzadə barəsində həbs-qətimkan tədbiri seçilir.
Bu barədə məlumatı Musavat.com-a vəkil Nemət Kərimli verib. Onun sözlərinə görə, İlkin Rüstəmzadə Cinayət Məcəlləsinin xuliqanlıq əməlini nəzərdə tutan 221.1.2 və 221.2.2 maddələri ilə təqsirləndirilən şəxs qismində bu dəqiqələrdə Nəsimi rayon məhkəməsinə aparılır. Onun barəsində iki aylıq həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
“Qafqazinfo”nun məlumatına görə, Nəsimi rayon məhkəməsində gənc fəala hökm oxunub. Onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.
çap et