525.Az

Universitetdəki yanğın söndürülüb: 4 nəfər tüstüdən zəhərlənib - Yenlənib


 

Universitetdəki yanğın söndürülüb: 4 nəfər tüstüdən zəhərlənib - <b style="color:red">Yenlənib</b> Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. Onlar -  Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.
 
*** 13:34
 
Kooperasiya Universitetində baş vermiş yanğın lokallaşdırılıb.
 
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda yanğınsöndürənlər yanğını tamamilə söndürməyə çalışırlar. 
 
*** 13:08
 
Fövqəladə Hallar Nazirliyi Bakıda universitet binasında baş verən yanğınla bağlı məlumat açıqlayıb.
 
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır. Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat eriləcək.
 
*** 12:26
  
Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.
 
APA-nın məlumatına görə, yanğın universirtetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının idman zalında qeydə alınıb.
 
Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.
 





22.07.2017    çap et  çap et