525.Az

Azərbaycan “Wikipedia”da 53-cü pilləyə yüksəldi


 

Azərbaycan “Wikipedia”da 53-cü pilləyə yüksəldi<b style="color:red"></b>

“Wikipedia”nın Azərbaycan dilində olan bölməsində hazırda 122 min 515 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasından (MEK) AzərTAc-a bildiriblər ki, 2017 ci ilin iyulunda Azərbaycan dilində olan “Wikipedia” (Azviki) bir pillə irəliləyiş əldə edib. Urdu dilində olan “Wikipedia”nı keçərək 53-cü pilləyə yüksəlib. Hədəf ən qısa zamanda ilk əlliliyə daxil olmaqdır.

MEK-in sərbəst elektron resuslarla iş şöbəsinin əməkdaşları “Wikipedia” elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərini davam etdirirlər. “Wikipedia” ilə bağlı öyrədici seminarlar, görüşlər və tədbirlər təşkil olunur.

 





25.07.2017    çap et  çap et