525.Az

Allergiya sevgiylə keçərmiş


 

Allergiya sevgiylə keçərmiş<b style="color:red"></b>

Uşaqlığımdan bəri itləri çox sevirəm, pişiklərdənsə çox qorxardım, həm də onlara qarşı allergiyam vardı.

Keçən ilin noyabrında yan bağçamızda üç pişik balası tərk edilmişdi. Üç baladan birinə sahib tapıldı. İki bala isə bağçada bir-birinə qısılaraq soyuq havaya qarşı yaşam mücadiləsi verirdi. Baytar onların qışdan sağ çıxmayacaqlarını demişdi. Bir neçə gün ərzində pişik balalarından ikincisinə də sahib tapıldı. Beləcə, ağ-qara rəngli tükləri olan, yaşıl gözlü bala tək qaldı. Elə gözəl və mənalı baxırdı ki... Həm çox ağıllı, həm mehriban, bir az da kədərli idi... Ona toxunub əzizləmək istəyir, amma çəkinirdim. O da heç kimi yanına yaxınlaşmağa qoymurdu. Ancaq mənə yaxın gəlir, onu əzizləməyimi istəyirdi, mən isə toxuna bilmir, uzaqdan sevirdim. Ona "Küçümen" adını vermişdim.

Əvvəlcə ciyər alıb, bişirərək xırda-xırda doğrayıb onu yedirməyə başladım, sonra isə peyvəndlərini vurdurdum. Sevgimi onunla söhbət edərək dilə gətirir, amma qətiyyən toxuna bilmirdim. O isə hər dəfə evə qayıdanda məni qarşılayır, gözlərini mənə dikib əzizləməyimi gözləyir, yerdə yuvarlanır, evimizin qapısı ağzında dayanıb içəri girmək istəyirdi.

Yeməyini bitirənə qədər yanında gözləyirdim, çünki yeməyi bağçada qoyub evə qayıdanda arxamca gəlirdi. Keçən noyabr ayından bu günə qədər ona qulluq etdim, evdə saxlaya bilməzdim, çünki itimiz Darçınla problem olardı. Yeməyini Darçın küçəyə çıxanda verirdim. Küçümen o qədər ağıllı idi ki, arxa bağçadakı doqquzdonun budaqlarından hoppanıb arxa dəhlizdə yaşamağa başlamışdı.

5 ay sonra apreldə ilk dəfə ona toxunub əzizlədim. Artıq Küçümeni əlimə götürüb əzizləyə bilirdim.

İnanılmaz olsa da, pişiklərə qarşı olan allergiyam yox olmuşdu. Ailəm, dostlarım, tanışlarım pişiyə olan sevgimə çox təəccüblənmişdilər.

Özümsə daha çox təəccüblənirdim, çünki pişiyi əlimə alıb əzizləyəcəyim, onu bəsləyəcəyim ağlıma belə gəlməzdi. Amma sevgi belə şeydir... İnsanı allergiyadan da xilas edir.

"Kimsə ac heyvanı bəsləsə ruhunu bəsləyər" - Çarli Çaplin. "Heyvanlara qarşı rəhmsiz olan yaxşı insan ola bilməz" - Artur Şopenhauer. İllər əvvəl deyilmiş necə də gözəl sözlərdi.

Sevgi belə şeydi...

(Çevirən: Cavid)

 





25.07.2017    çap et  çap et