525.Az

“İrəli” gəncləri “Feel Like a European” layihəsində


 

“İrəli” gəncləri “Feel Like a European” layihəsində<b style="color:red"></b>

“İrəli” İctimai Birliyinin “FuturEurope” ilə tərəfdaşlığı nəticəsində təşkilatın 8 gənc üzvü iştirakçı qismində, Türkiyənin Trabzon şəhərində “Feel Like a European” (Özünü Avropalı kimi hiss et) mübadilə proqramında iştirak edirlər. 

Birlikdən verilən məlumata görə, “Feel Like a European” mübadilə proqramı Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində iştirakçılar – "Yaşamaq hüququ", "Qadın və uşaq hüquqları", "Sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqları", "Təhsil almaq hüququ"  mövzularında təqdimatlar keçiriblər.

Layihənin əsas məqsədi insan hüquqlarının tanınması, bu sahəsində biliklərin artırılması və dostluq əlaqələrinin genişlənməsidir.

Qeyd edək ki, “İrəli” gəncləri layihə çərçivəsində milli rəqslərimizi, mətbəximizi, mədəniyyətimizi nümayiş etdiriblər.

Eyni zamanda, “İrəli” İctimai Birliyi tərəfindən çəkilən “25 böyüməyən uşaq” sənədli filminin Xorvatiya, Türkiyə, Sloveniya, Gürcüstan və Azərbaycan gənclərinin iştirak etdiyi layihədə təqtimatı keçiriblər.

Ceyhun ABASOV

 





25.07.2017    çap et  çap et