525.Az

“Zaman və məkan” adlı müsabiqə keçiriləcək


 

“Zaman və məkan” adlı müsabiqə keçiriləcək<b style="color:red"></b>

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elan edib.
 
İttifaqdan 525.az-a verilən məlumata görə, yaşı 35-ə qədər olan bütün şəxslər ssenari müsabiqəsində iştirak edə bilərlər..

Şərtlərə görə hər bir müəllif 3 ssenaridən artıq təqdim edə bilməz.

Birinci yerin sahibinə 1500, ikinciyə 1000, üçüncüyə isə 500 manat məbləğində pul mükafatı veriləcək.

Ssenari müsabiqəsinin keçirilməsində məqsəd kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirməkdir.

Ssenarilər oktyabrın 31-nə qədər təqdim edilməlidir.

 





25.07.2017    çap et  çap et