525.Az

Dünya Azərbaycanlıları Assambleyasında yeni struktur yaradıldı


 

DEPUTAT CAVANŞİR FEYZİYEVİN KÖMƏKÇİSİ QURUMUN İNSAN HÜQUQLARI, LAHİYƏ İDARƏÇİLİYİ VƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ KOMİTƏSİNİN RƏHBƏRİ TƏYİN OLUNDU

Dünya Azərbaycanlıları Assambleyasında yeni struktur yaradıldı<b style="color:red"></b>

Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin müvafiq qərarı ilə qurumun daxilində İnsan hüquqları, lahiyə menecmenti və beynəlxalq əməkdaşlıq komitəsi yaradılıb.

Günay Həsənova komitənin rəhbəri təyin olunub.

Qeyd edək ki, G.Həsənova Bakı Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər (bakalavr), Azərbaycan Diplomatiya Akademiyasının beynəlxalq münasibətlər (magistratura) bölümünü bitirib.

O, AzerNews İnformasiya Agentliyində, Avropa İttifaqının Azərbaycan təmsilçiliyində və Milli Məclisdə müxtəlif vəzifələrdə işləyib.

Hazırda Milli Məclisin deputatı Cavanşir Feyziyevin köməkçisidir.

Ceyhun ABASOV

 





26.07.2017    çap et  çap et