525.Az

Orxan Pamuk “Lampedusa” mükafatına layiq görüldü


 

Orxan Pamuk “Lampedusa” mükafatına layiq görüldü<b style="color:red"></b> Hər il İtaliyada Siciliyalı böyük yazıçı Cuzeppe Tomasi di Lampedusa adına verilən “Lampedusa Ədəbiyyat mükafatı”nın builki qalibi “Qırmızı saçlı qadın” romanı ilə Orxan Pamuk oldu.

Bütün dünyada “Leopar” adlı romanı ilə və Lukino Viskontinin roman əsasında çəkdiyi eyniadlı filmlə məşhurlaşan yazıçı Lampedusa Sicilyalı aristokrat bir ailənin son nümayəndəsi idi.

On beş ildir verilən, tənqidçilər və professorlardan ibarət bir jürinin seçimi ilə verilən mükafatı əvvəlki illərdə Mario Varqas Lyosa, Kazuo İsiquro və Xavier Marias kimi yazıçılar alıblar.

Pamuk mükafatını 12 avqust şənbə axşamı Sicilyada, Viskontinin də filmi çəkdiyi Santa Marqarita Belice qəsəbəsindəki şəhər meydanında keçirələcək mərasimlə alacaq.

“Qırmızı saçlı qadını” italyan dilinə Barbara Rosa “La donna dai capelli rossi” adıyla tərcümə etmişdi.

Pamukun romanını indiyə qədər müəllifin İtaliyada 14 kitabını çap edən “Einaudi” nəşriyyatı çap edib.

Sim-sim.az
 





27.07.2017    çap et  çap et