525.Az

DİN Şəmkirdə ananın və 2 azyaşlı övladının intiharı ilə bağlı məlumat yaydı


 

DİN Şəmkirdə ananın və 2 azyaşlı övladının intiharı ilə bağlı məlumat yaydı<b style="color:red"></b> Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə ananın iki azyaşlı övladı ilə birgə intiharı ilə bağlı məlumat yayıb.
 
525.az-ın DİN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 25-də saat 21 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 25 yaşlı Pərvanə Mahmudova intihar məqsədi ilə azyaşlı uşaqları Sənan və Səma ilə birgə özünü Düyərli kəndinin ərazisindən keçən Böyük Kəsik-Bakı sərnişin qatarının altına atıb.
 
Ana və övladları hadisə yerində ölüblər.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.
 
Araşdırma aparılır.
 





27.07.2017    çap et  çap et