525.Az
Hərbçilərimiz Moskvada
“Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın hərbi aşpazları Moskvaya gediblər.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, yaxın günlərdə Azərbaycan, Belarus, Serbiya, Monqolustan, İsrail və Rusiya komandalarının heyətləri təlimat keçəcək, təhlükəsizlik tədbirləri və texniki vasitələrin istismarını öyrənəcək, qida məhsulları ilə işləmək üçün icazə verilməsi məqsədilə tibbi müayinə olunacaqlar.
İyulun 29-da hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə məharətlərini nümayiş etdirəcək.
27.07.2017
çap et