525.Az

Hava şəraiti ilə bağlı xəbərdarlıq


 

Hava şəraiti ilə bağlı xəbərdarlıq <b style="color:red"></b> Azərbaycanda bu ayın sonunadək gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, iyulun 28-29-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-39° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında iyulun 28-dən ayın sonunadək ölkə ərazisində hava şəraitinin isti olacağı gözlənilir.

Havanın maksimal temperaturunun 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 27-32° isti olacağı gözlənilir. Qərb küləyi 29-u gündüzdən 31-dək ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 





27.07.2017    çap et  çap et