525.Az

İdmançımız Avropa Olimpiya Festivalının gümüş medalını qazandı


 

İdmançımız Avropa Olimpiya Festivalının gümüş medalını qazandı<b style="color:red"></b>

Macarıstanın Dyop şəhərində yeniyetmələrin Avropa Olimpiya Festivalı start götürüb.

Festivalın proqramına daxil olan cüdo yarışlarında ölkəmizin yığma komandası da iştirak edir.

Festivalda Azərbaycan komandasının tərkibində ilk uğur qazananlardan biri “Judo Club-2012” idman klubunun yetirməsi Vüsalə Kərimova olub.

Yarışların birinci günündə, o, 40 kiloqram çəki dərəcəsində mübarizədə Fransa və Rusiya cüdoçularına qalib gəlib.

İdmançımız həlledici görüşdə Belçika idmançısı Jente Verstraytenə məğlub olaraq Avropa Olimpiya Festivalının gümüş medalına layiq görülüb.

Digər yeniyetmə cüdoçularımız mübarizəni davam etdirirlər.

 





27.07.2017    çap et  çap et