525.Az

Prezident perulu həmkarını təbrik etdi


 

Prezident perulu həmkarını təbrik etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Peru prezidenti Pedro Pablo Kuçinskiyə məktub göndərib.
 
APA-nın xəbərinə görə, məktubda deyilir:
 
“Hörmətli cənab prezident. Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək.
 
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və firavanlıq arzulayıram”.
 





27.07.2017    çap et  çap et