525.Az

Bu il 709 nəfərdə hepatit B və C virusu virusu aşkarlanıb


 

Bu il 709 nəfərdə hepatit B və C virusu virusu aşkarlanıb<b style="color:red"></b> Səhiyyə Nazirliyinin 2014-cü ildə yaradılan B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyaya bu günə qədər 7 043 nəfər müraciət edib.
 
APA-nın xəbərinə görə, komissiyanın üzvü, Klinik Tibbi Mərkəzin hepatit şöbəsinin müdiri Ziyafət Tağıyeva bildirib ki, onların 2 mini hepatit B, 5 mindən çoxu isə hepatit C ilə bağlı olub.  Onun sözlərinə görə, komissiyaya müraciət edənlərin 5 mindən çoxu pulsuz dərmanlarla təchiz edilib.
 
Komissiya sədri qeyd edib ki, bu ilin 6 ayı ərzində komissiyaya müraciət edənlərin sayı 838 nəfər təşkil edib: “Onlardan 129 nəfərində virus aşkarlanmayıb, 709 nəfərdə virus aşkarlanıb. Onlardan 171 nəfəri hepatit B, 502 nəfəri isə hepatit C olub”.
 
Onun sözlərinə görə, cəmi 7 nəfərdə Hepatit A ilə xəstələnmə qeydə alınıb.  Miks infeksiyası üzrə hepatit B+D ilə 9 nəfər, hepatit B+ C üzrə 20 nəfər qeydiyyata alınıb. Bu il hepatit B və C virusu aşkarlananların 33-ü çox ağır vəziyyətdə olub. Xəstəlik 55% kişilər, 45% qadınlarda aşkar edilib. Qeyd olunub ki, müxtəlif yaş qruplarında bu virus aşkarlanır.
 
Z.Tağıyeva qeyd edib ki, orqanizmdə virusun aşkarlanması üçün ZPR-zəncvirvari polimeraza reaksiyası müayinəsi aparılır. Onun sözlərinə görə, 364 nəfər ZPR analizi olunub. Komissiya üzvü qeyd edib ki, rayonlar üzrə Ağcabədi, Kürdəmir, Yevlaxdan komissiyaya daha çox müraciətlər daxil olur. O qeyd edib ki, Gəncə, Naxçıvan, Mingəçevir kimi şəhərlərdə böyük xəstəxanalar olduğu üçün müvafiq müalicələr aparılır, ona görə ağır vəziyyətdə komissiyaya müraciətlər edilmir.
 





28.07.2017    çap et  çap et