525.Az

Gürcüstanda çayda köməksiz qalan azərbaycanlı turistlər xilas olundular


 

Gürcüstanda çayda köməksiz qalan azərbaycanlı turistlər xilas olundular<b style="color:red"></b> Gürcüstanda Çorox çayında köməksiz vəziyyətdə qalmış iki Azərbaycan vətəndaşı xilas olunub.
 
APA-nın yerli bürosunun məlumatına görə, Acarıstanın Şarabidze kəndində 8 nəfərdən ibarət qrup Çorox çayında olarkən suyun səviyyəsi qəflətən qalxmağa başlayıb.
 
Qrupun 6 üzvü çaydan çıxa bilsə də, iki azərbaycanlı turist bunu edə bilməyib.
 
Fövqəladə Halların İdarə Olunması Mərkəzinin xilasediciləri azərbaycanlı turistləri xilas ediblər.
 





28.07.2017    çap et  çap et