525.Az

Azərbaycan avrokubokların ən uğurlu 10 ölkəsi arasında


 

Azərbaycan avrokubokların ən uğurlu 10 ölkəsi arasında <b style="color:red"></b> Avrokubokların cari mövsümünün ən uğurlu ölkələrinin siyahısı bəlli olub.

Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin ilk matçlarından sonra zirvədə Kipr qərarlaşıb.
 
Ada ölkəsinin klubları 3,250 xala sevinib. İsrail 3,000 xalla ikincidi. Danimarkalılar isə ilk “üçlüy”ü qapayır – 2,625.
 
Azərbaycan da ən yaxşılar arasında yer alıb. “Top-10”da qərarlaşan ölkəmiz 6-cı yerin şəriklərindəndi. 2,375 xal qazanan Azərbaycan Skandinaviya təmsilçiləri İsveç və Norveçlə eyni göstəriciyə malikdi.
 
Avrokubok mövsümün “Top-10”u
1. Kipr – 3,250
2. İsrail – 3,000
3. Danimarka – 2,625
4. Xorvatiya – 2,500
5. İngiltərə - 2,428
6-8. Azərbaycan – 2,375
İsveç – 2,375
Norveç – 2,375
9. Polşa – 2,250
10. Litva – 2,125
 





28.07.2017    çap et  çap et