525.Az

16 dini icmaya qeydiyyat şəhadətnamələri təqdim edildi


 

16 dini icmaya qeydiyyat şəhadətnamələri təqdim edildi<b style="color:red"></b> Yeni qeydiyyatdan keçmiş 16 dini icmaya şəhadətnamələr təqdim edilib.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə DQİDK-da keçirilən tədbirdə Komitə sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanın dini durumun və multikulturalizm səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövləti olduğunu deyərək dini icmaların cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanılmasında böyük rola malik olduğunu qeyd edib.
 
O, bu sahədə din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıb, eyni zamanda dini icma sədrlərinə fəaliyyətlərində milli-mənəvi, ənənəvi İslam dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini təkmilləşdirməyi tövsiyə edib.
 
İcma sədrləri isə rəhbərlik etdikləri icmalarda dini sabitliyin qorunub saxlanılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətində iş aparacaqlarını deyiblər.
 





28.07.2017    çap et  çap et