525.Az
DİN Lənkəranda yeni doğulan körpənin müəmmalı ölümü ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyinin (DİN) Lənkəranda yeni doğulan uşağın ölməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 30-da saat 06:03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını bildirib.
Həmin gün saat 06:31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olduğunu bildirib.
Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
31.07.2017
çap et