525.Az

Kino xadimlərinə prezidentin fərdi təqaüdü və fəxri adlar verildi - Siyahı


 

Kino xadimlərinə prezidentin fərdi təqaüdü və fəxri adlar verildi - <b style="color:red">Siyahı</b> Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, Əliyev Rafiq Hacıbaba oğlu və Nəsirov Rafiq Əliş oğluna Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.  
 
İ.Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:
 
Xalq artisti:

Mirqasımova Ayan Oqtay qızı
 
Əməkdar mədəniyyət işçisi:
 
Allahverdiyeva Afaq Murtuz qızı
 
Azməmmədov Nadir Mirzə oğlu
 
Bağırov Tahir Məmməd oğlu
 
Əsgərov Müzəffər Rza oğlu
 
Kazımov Tahir Şirin oğlu
 
Kərimov Arif Cahangir oğlu
 
Kutiyev Abdulnəsir Hacı oğlu
 
Mehdiyev Nadir Hüseyn oğlu
 
Məmmədov Kamil İmaməli oğlu
 
Süleymanov Badavi Süleyman oğlu
 
Vəliyev Sabir Əli oğlu.
 





31.07.2017    çap et  çap et