525.Az

İlham Əliyev İsveçrə prezidentini təbrik etdi


 

İlham Əliyev İsveçrə prezidentini təbrik etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının prezidenti xanım Doris Loythardı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“Hörmətli xanım Prezident, İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İsveçrə əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
 





31.07.2017    çap et  çap et