525.Az

Maliyyə Sabitliyi Şurasının əsasnaməsi təsdiqləndi


 

Maliyyə Sabitliyi Şurasının əsasnaməsi təsdiqləndi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Sabitliyi Şurasının əsasnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
 
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaqtapşırılıb. 

Nazirlər Kabineti fərmanın icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir.
 





31.07.2017    çap et  çap et