525.Az

Ronaldo həbs oluna bilər


 

Ronaldo həbs oluna bilər<b style="color:red"></b>

Vergidən yayınmaqda ittiham olunan "Real"ın futbolçusu Kriştiano Ronaldonun məhkəməsi keçirilib.

525.az bildirir ki, Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid şəhərinin Pozuelo de Alarcon bölgəsinin 1 nömrəli məhkəməsində hakim qarşısına çıxan portuqaliyalı futbolçu haqqında deyilən ittihamları qəbul etməyib.

32 yaşlı hücumçu saat yarım davam edən məhkəmənin ardından jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Ronaldonun bununla bağlı mətbuat konfransı keçirməsi gözlənilir. Kriştianunun günahı sübuta yetirilərsə, o, 3,5 il müddətinə həbs cəzasına məruz qala bilər.

Qeyd edək ki, Madrid prokurorluğunda qaldırılan iddianamədə hücumçunun 2011-2014-cü illər aralığında imic reklamından əldə edilən gəlirlərini əskik göstərərək, bütövlükdə 14,75 milyon avro vergidən yayındığı qeyd olunub.

 





01.08.2017    çap et  çap et