525.Az

Ermənistan: şəxsiyyətin ikiyə bölünməsi-dissosiativ pozulma


 

Ermənistan: <b style="color:red">şəxsiyyətin ikiyə bölünməsi-dissosiativ pozulma</b>

Psixiatriya elmində şəxsiyyətin ikiyə bölünməsi diaqnozu var. Yəni şəxsiyyətin ikiyə bölünməsi insanın eyni zamanda iki və ya daha artıq şəxsiyyətə sahib ola bilməsi psixi fenomenidir. Belə pasiyentlərə psixiatrlar şəxsiyyətin dissosiativ pozulması diaqnozunu qoyurlar.

Şəxsiyyətin ikiyə bölünməsini bir neçə amil törədə bilər. Məsələn, dözülməz dərəcədə stress, uşaqlıqda alınan emosional travmalar və s.

Şəxsiyyətin dissosiativ pozulması olan insanlar özlərini çox asan şəkildə eyni situasiyada müxtəlif cür apara bilirlər. Onların davranışı hansı tərəfin üstün olmasından asılı olur. Bəzi hallarda xəstəlik o qədər inkişaf edir ki, pasiyent bir az bundan qabaq nə etdiyini xatırlamır. Elə təəsürat yaranır ki, o, tamamilə fərqli, daha doğrusu parallel bir-biri ilə heç vaxt kəsişməyən dünyalarda yaşayır.

Ermənistanın müstəqillik tarixinə diqqət yetirdikdə eynilə insanlarda müşahidə edildiyi kimi Ermənistan dövlətinin də şəxsiyyətin ikiyə bölünməsi-dissosiativ pozulma halını yaşadığını görmək mümkündür. Bu xəstəliyin simptomları erməni milli kimliyinin formalaşmasında ortaya çıxdığı kimi, təbii olaraq dövlət quruculuğunda da öz əksini tapmışdır.

Ermənistan coğrafi olaraq şərqdə yerləşən bir dövlətdir. Son 25 ildir xarici siyasətinin bütün sahələrində Rusiya amili şərtləndiricidr. Bir anlıq Rusiyanın yox olduğunu düşünsək Ermənistanın halı necə olar? Ermənistan kimə güvənər, kimə etibar edər, təhlükəsizliyini kim təmin edər? Belə bir təxəyyülün gerçəkləşməsi Ermənistan üçün əsl faciə olardı. Ermənistan öz torpağında Rusiyanın yerləşdirdiyi 102-ci hərbi bazasının maliyyə xərclərinin 62 faizini könüllü olaraq qarşılayır.[i] Ermənistan Rusiya ilə Birləşmiş ordu qruplaşmasının qurulması haqqında müqavilə imzalayır və bu qruplaşmanın komandanlığını yenə də könüllü olaraq Rusiyaya verir.[ii]Ermənistan Rusiyadan aldığı kreditlə silah alır və bu krediti faiziylə birlikdə geri ödəyir.[iii]

Ermənistan heç bir siyasi və hərbi ağırlığı, üzv dövlətlərin həmrəyliyi və ortaq strategiyası olmayan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulub. Bu təşkilatın keçirilən bütün iclaslarında təşkilatdan şikayət edir, narazılığını bildirir.

Ermənistan iqtisadi olaraq Rusiyadan asılıdır. Demək olar ki, bütün strateji sənaye müəssisəlrinin nəzarət paketi Rusiyanın əlindədir.

Ermənistan enerji sahəsində də Rusiyanın dəstəyi olmadan problemlərini həll edə bilməz. Mestsamor Atom Elektrik Stansiyasi Rusiyadan alınan zənginləşdirilmiş uran hesabına işləyir, təbii qaz istehlakının böyük hissəsi Rusiyadan təmin edilir. 

Ermənistanın əhalisindən çox erməni Rusiyada yaşayır. Bunların bir qismi Rusiya vtəndaşı olsa da, bir qismi də mövsümü işlərdə işləyənlərdir, Rusiya iqtisadiyyatının güclənməsinə xidmət edirlər.

Belə bir mənzərədə Ermənistan bəzən şəxsiyyətin ikiyə bölünməsi-dissosiativ pozulma simptomlarını ağır şəkildə yaşayır, özünü Avropa dövləti, mədəniyyət və sosial həyatını Avropayi hesab edir. Avrpa İttifaqı nümunəsində Avropa ilə sıx əməkdaşlıqğa təşəbbüs edir.

Ermənistan bə xəstəliyin təsiri altındaykən 24 iyul 2013-cü il tarixində Avropa İttifaqı ilə "Dərin və Hərtərəfli Ticarət Zonası Haqqında'' müqavilə mətni üzərində razılığa gəlmişdi. Ancaq Ermənistanın Gömrük Birliyinə üzv olması Vilnüs prosesindən kənarda qalması ilə nəticələndi. Həmin ilin noyabr ayında Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı Zirvə görüşündə Ermənistan bu müqavilədən imtina etdi.

Ermənistan 5-6 il davam edən müzakirələrdən sonra imzalanma mərhələsində olan bu müqavilədən niyə imtina etdi? Müqavilə imzalanma ərəfəsində onun psixiatr həkimi qulağına bir neçə kəlimə pıçıldayıb onun avropalı yox, şərqli olduğunu xatırlatdı və bəzi mərhəm məqamları bildirən ifadələr dedi.

Ermənistan dərhal özünə gəldi, rəhbərliyi illərdir müqavilənin imzalanacağı təqdirdə xalqa xoş günlər gətirəcəyini vəd edən layihəni əli ilə kənara itib psixiatr həkiminin yazdığı resepti və dərmanları qəbul edəcəyini bildirdi.

Aradan bir neçə il keçəndən sonra Ermənistan yenə də şəxsiyyətin ikiyə bölünməsi-dissosiativ pozulma simptomları ilə Avropa İttifaqı ilə yeni müqavilə imzalamaq üçün müzakirələrə başladı. Belə ki, Moldovada Şərq Tərəfdaşlığı proqramında iştirak edən dövlətlərin XİN rəhbərlərinin iclasında Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Avropa İttifaqı ilə yeni müqavilənin detallarını müzakirə etdiklərini və bu qurum ilə geniş həcmli əməkdaşlıq məsələlərinə əhəmiyyət verdiklərini bildirdi.[iv]

Avropa İttifaqı Ermənistan ilə yeni müqavilənin imzlanacağına ümid etsə də, bu ölkənin şəxsiyyətin ikiyə bölünməsi-dissosiativ pozulma xəstəliyinə mübtəla olduğunu 2013-cü ildən bilsə də, psixiatr həkimindən icazə almadan yeni müalicə kursu təyin etməyə təşəbbüs göstərir.

Avropa İttifaqı xəstənin ikinci həkimi olmağa çalışır, müalicə proqramları hazırlayır amma pasiyentinin xəstəlik tarixçəsi kitabının birinci həkimdə olduğunu unudur. Bunu erməni siyasətçi Paruyr Ayrikyan çox dolğun ifadələrlə bir cümlədə belə xarakterizə edir: "Moskva hətta kiçik təhdidlə Ermənistan-Aİ arasında imzalanacaq müqaviləni neytrallaşdıra bilər.''[v]

Avropa İttifaqından fərqli olaraq Ayrikyan Ermənistanın yoluxduğu şəxsiyyətin ikiyə bölünməsi-dissosiativ pozulma xəstəliyinin müalicəsinin olduqca çətin və hətta imkansız olduğunu bilir.

Ayrikyanın dediyi kimi, böyük bir ehtimalla psixiatr həkim xəsətəsinə ikinci bir həkimin müdaxilə etməsinə icazə verməyəcəkdir. Bu, Ermənistanın daxili siyasi məsələlərinə müdaxilə və Dağlıq Qarabağ probleminin həlli istiqamətində ola bilər.

Ermənistan şəxsiyyətin ikiyə bölünməsi-dissosiativ pozulma xəstəliyinin növbəti sarsıntısını yaşayır və psixiatr həkiminin müdaxiləsi vacibdir.

Newtimes.az
Hatəm Cabbarlı,
siyasi elmlər doktoru

 





01.08.2017    çap et  çap et