525.Az

"İsrailli nazirin Ermənistana səfəri müəyyən suallar doğurur"


 

ELXAN ŞAHİNOĞLU: "DİPLOMATİK KANALLARLA TEL-ƏVİVİN İSRAİL-ERMƏNİSTAN HƏRBİ ƏMƏKDAŞLIĞINDA NƏ DƏRƏCƏDƏ MARAQLI OLDUĞUNU ÖYRƏNMƏYƏ EHTİYAC VAR"

"İsrailli nazirin Ermənistana səfəri müəyyən suallar doğurur"<b style="color:red"></b>

"10 ildə ilk dəfə israilli nazirin Ermənistana, özü də 3 günlük səfərə getməsi müəyyən suallar doğurur. Əlbəttə, İsrail müstəqil dövlət kimi istənilən dövlətlə münasibət qurmaqda sərbəstdir. Ancaq niyə işğalçı Ermənistan və niyə indi?"

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu İsrailin Regional əməkdaşlıq naziri Tsaxi Haneqbinin Ermənistan səfərinə münasibət bildirərək deyib. Onun sözlərinə görə, hələ üstəlik Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan sanki Azərbaycana mesaj yollayırmış kimi "İsrail bütün dünyaya olduğu kimi, Ermənistana da silah sata bilər" açıqlamasını səsləndirib.

E.Şahinoğlu qeyd edib ki, birincisi, İsraildən silah almaq üçün pul lazımdır: "İrəvanın pulu olsaydı, silah almaq üçün ağası Rusiyadan dilənməzdi. İrəvan Rusiya puluna elə Rusiyadan silah alıb. Çünki bu Rusiyanın Ermənistana kredit verməsinin əsas şərti olub. Moskva Rusiyanın krediti hesabına İrəvana İsraildən silah almağa imkan verməz. Odur ki, Ermənistan istəsə belə, İsraildən bahalı silahlar ala bilməyəcək, ancaq nəsə də ala bilər".

Bu məsələdə İranın da mövqeyinin maraqlı olduğunu deyən politoloq hesab edir ki, ayrı vaxt Bakıya hər gələn israilli nazirə görə Azərbaycandan narazılıqlarını dilə gətirirlər: "Bəs İsrailin regional əməkdaşlıq naziri, özü də keçmiş kabinetlərdə xüsusi xidmət orqanlarının faəliyyətini kurasiya edən Tsaxi Haneqbinin Ermənistana 3 günlük səfərinə niyə reaksiya bildirmirlər? Bizə qaldıqsa isə mənə elə gəlir ki, diplomatik kanallarla Tel-Əvivİn İsrail-Ermənistan hərbi əməkdaşlığında nə dərəcədə maraqlı olduğunu öyrənməyə ehtiyac var".

Ceyhun ABASOV

 





01.08.2017    çap et  çap et