525.Az

“Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”


 

“Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”<b style="color:red"></b>

“Ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin prioritet istriqamətlərindən biri əhalinin sosial rifahının yüksəldilməsidir. Dövlət başçısı öz çıxışlarında dəfərlə bildirib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkə başçısı xalqın sosial rifahının yaxşılaşdırılması üçün bütün mümkün imkanlardan istifadə edir”.

Bu sözləri “525”ə açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, prezidentin əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı imzaladığı sərəncam və fərmanların nəticəsində əhalinin ehtiyac içində olan hissəsi dövlətin diqqət və qayğısını üzərində hiss edir:

“Dünyada baş verən iqtisadi böhran bütün dövlətlər kimi Azərbaycan iqtisadiyyatından da yan keçməyib. Ancaq dövlətin həyata keçirdiyi sosial yönümlü layihələr nəticəsində ölkə əhalisinə bu böhranın böyük bir təsiri olmayıb”.

Ceyhun ABASOV

 





02.08.2017    çap et  çap et