525.Az

Tottinin forması kosmosa göndərildi


 

Tottinin forması kosmosa göndərildi <b style="color:red"></b>

“Roma”nın əfsanəvi futbolçusu Françesko Tottinin forması kosmosa göndərilib.

Qol.az-ın İtaliya klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu, ötən mövsüm karyerasını başa vuran veteran futbolçunun “Roma” forması ilə son oyunda geyindiyi formadır.

Formanı aparan “Vega” adlı raket Fransadan havaya buraxılıb.

Qeyd edək ki, F. Totti 25 il çıxış etdiyi “Roma” klubunda gələn ildən idman direktoru kimi çalışacaq.

 





02.08.2017    çap et  çap et