525.Az

Kamil, "Qarabağ" uddu ey!


 

Kamil, "Qarabağ" uddu ey!<b style="color:red"></b>

Ötən həftə belə bir köşə yazmışdım: "Futbolun namərdliyi, Kamil də öldü".

"Şerif"lə Bakıdakı oyundan sonra sosial şəbəkələrdə və bəzi saytlarda Qurban Qurbanovun və futbolçuların aşağılanmasına, hətta təhqir olunmasına biganə qala bilməzdim. Orda yazdıqlarımı təkrar eləmək istəmirəm.
Sağ olsunlar, müəyyən saytlar mənim yazımı səhifələrinə qoydular, mənə dəstək oldular, çoxlu telefon zəngləri aldım. Özü də təkcə qarabağlılardan deyil, Azərbaycanın müxtəlif bölgələrindən, hətta Gürcüstanda yaşayan soydaşlarımızdan.

Və orda bir Kamil adlı ağdamlı balasından da söz etmişdim. "Qarabağ" onun həyatıydı, bir oyunu da buraxmazdı. Dünyada hər şeyini itirmiş, evi-eşiyi yandırılmış, yurdu viran qoyulmuş (Ağdamda sayılıb seçilən nəsillərdən idi) Kamili yaşadan təkcə "Qarabağ"ı vardı. Və məhz "Qarabağ"la "Şerif" oyununa baxmaq üçün Bakıya gəlmək istərkən dünyasını dəyişmişdi, Bakıya deyil, qayıdıb getmişdi Ağdama.

Və mən həmin yazıda Qədir Rüstəmovla da bir hadisəni xatırlamışdım. Yazımın sonunda qeyd etmişdim ki, "Qarabağ" Moldovada "Şerif"ə qalib gələcək, mən də gedəcəm Quzanlıya və gedəcəm Kamilin qəbri üstünə və deyəcəyəm ki: "Kamil, "Qarabağ" uddu ey!"

Təbii ki, sözümü tutacam, şənbə günü gedəcəm Quzanlıya Kamilin qəbrini ziyarət edəcəm dostlarımla və deyəcəm: "Kamil, "Qarabağ" uddu ey!" Və sonra da deyəcəm ki, "Kamil, narahat olma, inşallah, pley-offu da keçəcəyik və bu xoş xəbəri yenə sənə gətirəcəm!"

 





02.08.2017    çap et  çap et