525.Az

Ceyhan limanından nəql olunan neftin həcmi açıqlandı


 

Ceyhan limanından nəql olunan neftin həcmi açıqlandı<b style="color:red"></b> Cari ilin iyul ayı ərzində 2 mln. 416 min 951 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb (Bu həcmin 1 mln. 678 min 704 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.)
 
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 mln. 707 min 802 ton təşkil edib.
 
Ümumiyyətlə, BTC istismara verilən gündən cari il avqust ayının 1-ə qədər Ceyhan limanından 334 mln. 542 min 401 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
 





02.08.2017    çap et  çap et