525.Az

“Neftçi” “Herta”ya məğlub oldu


 

“Neftçi” “Herta”ya məğlub oldu<b style="color:red"></b> Avstriya toplanışında olan "Neftçi” bu gün 3-cü yoxlama oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın rəqibi “Herta” olub.
 
Görüş Bundesliqa təmsilçisinin böyükhesablı qalibiyyəti ilə başa çatıb. Hər hissədə iki qol vuran Berlin klubu 4:0 hesablı qələbəyə sevinib.
 
Qeyd edək ki, “Neftçi” Avstriya toplanışında əvvəlki yoxlama matçlarında Almaniyanın “Şalke” (0:1) və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu (1:1) ilə qarşılaşıb.
 
Yoxlama oyunu
2 avqust

 
“Neftçi” – “Herta” - 0:4
Qollar
: Darida, 2, İbişeviç, 9, 49, Essven, 65 (pen.)
 





03.08.2017    çap et  çap et