525.Az

Türkiyə millisinin yeni baş məşqçisi məlum oldu


 

Türkiyə millisinin yeni baş məşqçisi məlum oldu<b style="color:red"></b> Futbol üzrə Türkiyə millisinin baş məşqçisinin adına aydınlıq gəlib.
 
Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ı bundan sonra Mirça Luçesku çalışdıracaq.
 
Türkiyə Futbol Federasiyasının rəsmi saytından verilən açıqlamada rumıniyalı mütəxəssislə 2+1 illik müqavilə imzalandığı bildirlib.
 
Onunla sabah rəsmi müqavilə imzalanacaq. Luçesku Türkiyə millisində illik 2.5 milyon avro qazanacaq.
 
Qeyd edək ki, Mirça Luçesku daha əvvəl bu ölkənin “Qalatasaray” və “Beşiktaş” klublarında işləyib.
 





03.08.2017    çap et  çap et