525.Az

"Qrin kart" ləğv oluna bilər


 

"Qrin kart" ləğv oluna bilər<b style="color:red"></b> Ağ Evdə Respublikaçı senatorlar tərəfindən işçı vizası (“qrin kart”) verilməsi üçün məhdudiyyətlər və şərtlərə dair yeni qanun layihəsi təqdim olunub.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təşəbbüs prezident Donald Tramp tərəfindən dəstəklənib.
 
“Mən hələ prezidentliyə namizəd olarkən ABŞ işçiləri və vergi ödəyicilərinin müdafiəsinə yönələn immiqrasiya sistemini təşviq etmişəm”, deyə D.Tramp bildirib.
 
Onun sözlərinə görə, baxılması üçün Konqresə təqdim edilən qanun layihəsi “qrin-kartların” verilməsi qaydalarını dəyişdirəcək. “Son illər ABŞ-a aşağı ixtisaslı insanlar gəlir. Yeni qanun layihəsi köhnə qaydaları əvəzləyərək yeni, xal üzərində əsaslanan sistemin tətbiqini nəzərdə tutur. Yeni müsabiqə çərçivəsində üstünlük ingilis dilində danışanlara, özlərini və ailələrini təmin edə bilənlərə və iqtisadiyyatımıza fayda verə biləcək bacarığı olanlara veriləcək”, deyə D.Tramp bildirib.
 





03.08.2017    çap et  çap et