525.Az
Bakıda polis bölməsinin rəisi işdən çıxarıldı
Bakıda daha bir polis bölməsinin rəisi işdən çıxarılıb.
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi İlham Əhmədov tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib.
Onun yerinə hələlik təyinat yoxdur.
03.08.2017
çap et