525.Az

Prezident Balakəndədir


 

Prezident Balakəndədir<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonuna səfər edib.
 
APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə mədəniyyət və istirahət parkında Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
 
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
 
Bildirilib ki, bu park həm rayon sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan biridir.
 





03.08.2017    çap et  çap et