525.Az

İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında


 

İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında <b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib.
 
APA-nın məlumatına görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlət başçısına stansiya barədə məlumat verib.
 
Bildirilib ki, Balakən çayı üzərində tikilmiş və ümumi gücü 1,5 meqavat olan bu stansiya texniki göstəricilərinə görə səmərəli və müasirdir. Layihə çərçivəsində burada hündürlüyü 5,6 metr olan bənd tikilib. Burada saniyədə 63 kubmetr suburaxma qabiliyyəti olan sutullayıcı, saniyədə 23 kubmetr suburaxma qabiliyyəti olan suqəbuledici yaradılıb. Ərazidə turbin zalı və stansiyanın idarəetmə binası da inşa edilib.
 
İldə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək.
 
Dövlət başçısı Balakən Su Elektrik Stansiyasını işə salıb.
 
Stansiyanın tikintisində 100 nəfər çalışıb.
 





03.08.2017    çap et  çap et