525.Az

Bu ay meteorit axını müşahidə olunacaq


 

Bu ay meteorit axını müşahidə olunacaq<b style="color:red"></b> Bu ay planetin sakinləri astronomik fenomenin şahidi olacaq.
 
APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən verdiyi xəbəra görə, avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək. Sözügedən axın hər il 17 iyul - 24 avqust tarixlərində baş verir. Adətən onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir.
 
Keçən ildən fərqli olaraq, bu il Yer kürəsinin sakinləri daha az “düşən ulduz” görəcəklər. Belə ki, ötən il gecələr müşahidə olunan meteoritlərin sayı 200-ə çatmışdısa, cari ildə orta hesabla saatda 80 meteorit görmək mümkün olacaq. Lakin Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə əngəl törədəcək.
 





03.08.2017    çap et  çap et