525.Az

Bakının “İnter” klubunun adı dəyişdiriləcək


 

Bakının “İnter” klubunun adı dəyişdiriləcək<b style="color:red"></b> Azərbaycan futbolunda daha bir komanda yeni ad altında çıxış edəcək.

Apasport.az saytı xəbər verir ki, Bakının “İnter” klubunun adı dəyişdiriləcək.
 
Bu barədə əməkdaşımızla söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
 
O, “İnter”in yeni adının nə olacağını açıqlamasa da, dəyişikliyin baş verəcəyini təsdiqləyib: “İnter” Premyer Liqadakı rəqiblərini hansı stadionda qəbul etmək məsələsinin həllinə çalışır. Yəqin ki, tezliklə klubun adı da dəyişəcək”.
 
Qeyd edək ki, “Xəzər Universiteti” kimi yaranan klub 2004-cü ildən “İnter” adını daşıyır.
 





04.08.2017    çap et  çap et