525.Az

"Azərbaycanın Rusiya siyasəti reallıqlara əsaslanır"


 

QULU MƏHƏRRƏMLİ: "RUSİYA KİMİ BÖYÜK BİR ÖLKƏ İLƏ XARİCİ SİYASƏT MACƏRAÇILIQLA QURULA BİLMƏZ"

"Azərbaycanın Rusiya siyasəti reallıqlara əsaslanır"<b style="color:red"></b>

Son günlər Cənubi Qafqaz bölgəsində cərəyan edən hərbi-siyasi proseslərlə bağlı bəzi şərhçilər Azərbaycanın Rusiya siyasətinin yanlış olduğunu iddia edir və bu istiqamətdə müxtəlif fikirlər səsləndirirlər.

Məsələni Qərblə Rusiya arasında seçim üzərində quran bəzi ekspertlər Azərbaycanın da qonşu Gürcüstan kimi addım atmasının, Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinin əleyhinə olaraq NATO ilə sıx əməkdaşlıq yolunu tutmasının tərəfdarı kimi çıxış edirlər.
 
Hazırkı mürəkkəb geosiyasi şəraitdə isə rəsmi Bakı balanslaşdırılmış siyasət xəttinə uyğun olaraq, həm Qərb, həm də Rusiya ilə münasibətlərin lazımi səviyyədə davam etdirilməsində maraqlıdır.

Məsələyə münasibət bildirən siyasi icmalçı, BDU-nun professoru Qulu Məhərrəmli Azərbaycan xarici siyasətinin mövcud reallıqlara əsaslandığını deyib.

O, "525"ə açıqlamasında bildirib ki, Rusiya kimi dünya siyasətinə təsir edən böyük bir ölkə ilə xarici siyasət macəraçılıqla qurula bilməz: "Ona görə də bizim Rusiya ilə siyasi, iqtisadi və mədəni əlaqələrimiz tarixi ənənələrə, bölgədəki mürəkkəb geosiyasi münasibətlərə və müxtəlif istiqamətlərdən gələn təhlükələrin aradan qaldırılmasına yönəlib. Bu mənada hesab edirəm ki, prezident İlham Əliyevin Rusiya siyasəti doğrudur, mövcud geosiyasi gerçəkliklərə əsaslanır və Azərbaycanı mümkün təhlükələrdən qorumağa yönəlib".

Ceyhun ABASOV

 





04.08.2017    çap et  çap et