525.Az

İstirahət günü hava necə olacaq?


 

İstirahət günü hava necə olacaq? <b style="color:red"></b> Avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, zəif şimal küləyi gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 23-26° isti, gündüz 34-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
 
Sabah rayonlarda hava yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
 





05.08.2017    çap et  çap et